Əsgər ziyarətindən qayıdan 3 nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU

Gəncə Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Eynur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Babayev 4 il nəqliyyat vasitəsini idarə etməkdən məhrum olunmaqla 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Göygöl rayonu ərazisində baş verib.
Şəmkir rayon sakini Eynur Babayev idarə etdiyi "Renault Megane" minik markalı avtomobillə həmkəndliləri 1991-ci il təvəllüdlü Əvəz Əliyev, 1968-ci il təvəllüdlü Yeganə Qasımova və 1967-ci il təvəllüdlü Aidə Verdiyevanı əsgər yanına aparıb. Oradan Qazax rayonu istiqamətində hərəkət edərkən sükan arxasında telefonla danışıb, siqaret yandırıb. Bu vaxt diqqəti yoldan yayınan sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini yolda "KamAZ" markalı avtomobilə çırpıb.
Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Aidə Verdiyeva hadisə yerində, 1991-ci il təvəllüdlü Əvəz Əliyev və 1968-ci il təvəllüdlü Yeganə Qasımova isə xəstəxanada dünyasını dəyişiblər.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












