Fikri yolda olmayan sürücü piyadanı vurub öldürdü - DYP görüntüləri yaydı - VİDEO

Qubada avtomobil piyadanı vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.
İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi "Chevrolet" markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurmuşdur.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












