Gədəbəydə AĞIR QƏZADA həlak olanlardan biri üç yaşlı uşaqdır - YENİLƏNİB

Gədəbəydə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 29-u saat 20:20-də Gədəbəy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər (kişi cinsli) komatoz vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zəruri ilkin tibbi xidmət göstərilən, vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə təxliyə olunub.
Qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi, kəllə əsasının sınığı, hemopnevmotoraks və digər diaqnozlar təyin edilən pasiyent üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.
***10:29
29.08.2025-ci il tarixində, saat 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Maarif kəndindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların adları bəlli olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Rəvan Şirinovun idarə etdiyi avtomobillə Ramiz Həsənəliyevin idarə etdiyi nəqliyyat vasitəsinin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü U.Həsənov və 1981-ci il təvəllüdlü Raziyyə Leysan qızı Bağırova aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü R.Həsənəliyev xəstəxanaya yerləşdirilib.
Fakta görə, Gədəbəy RPŞ-də Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.
“Tofaş” piyadanı vurub avtoyuma məntəqəsinə atdı - Ağır qəza - VİDEO
Körpüdə ağır qəza baş verdi, iki qadın xəsarət aldı - YPX təcili müdaxilə etdi - VİDEO
Maşın qaz xəttinə çırpıldı, 5 kənd qazsız qaldı - FOTOLAR
Yağışlı yolda sürüşən “Nissan” dərəyə aşdı - VİDEO
Qayda pozan sürücü dairədə hərəkət edən maşını vurdu - ANBAAN VİDEO
Xəstə halda taksi sürdü; ağır qəzada öldü - DYP-dən AÇIQLAMA - VİDEO
İki yük maşını toqquşdu; partlayış baş verib, ölən var - VİDEO
Naxçıvanda iki avtomobil toqquşdu - “Niva” aşdı - FOTO
Təhlükəli manevr edərək qəza törədən "Prius" sürücüsü cəzalandırıldı - VİDEO
Tikinti kranı qatarın üzərinə düşdü - 29 ölü - FOTO - YENİLƏNİB
Naxçıvanda yolun buz bağlaması qəzaya səbəb oldu - VİDEO











