Gəncədə baş verən 36 yol qəzasında 26 piyada vurulub - İlin 6 ayı ərzində

Gəncə şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reydlərə başlanılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda piyada zolağından istifadə etməyən, yeraltı və yerüstü keçidlərdən keçməyərək özlərinin və başqalarının həyatını təhlükəyə atan piyadaları məsuliyyətə cəlb ediblər. Qayda pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimələniblər. Gəncə Şəhər DYP Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru Vasif Rüstəmov deyib ki, son vaxtlar Gəncə şəhər inzibati ərazisində avtonəqliyyat vasitələri ilə piyadaların vurulması halları artıb. Bununla bağlı şöbə tərəfindən ətraflı təhlillər aparılıb. Nəticədə aydın olub ki, bu cür hadisələrə səbəb sürücülərin ötmə və manevretmə əməliyyatını düzgün yerinə yetirməmələri, yol ayrıcını keçmə zamanı qaydalara əməl etməmələri, nizamlanan yerlərdə piyadalara yol verməmələri, sürət rejimini aşmaları, sərxoş vəziyyətdə avtomobilləri idarə etmələridir. Həmçinin piyadaların təyin olunmayan yerlərdən yolu keçməsi də xoşagəlməz hadisələrə səbəb olur. Qeyd edək ki, ilin 6 ayı ərzində Gəncə şəhərində baş verən 36 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub, 33 nəfər xəsarət alıb. Qəzaların 26-sı piyadaların vurulması ilə nəticələnib. 8 piyada həlak olub, 19-u isə xəsarət alıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












