Gəncədə qəza - 1 ölü, 4 yaralı - VİDEO - YENİLƏNİB

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 28-i, saat 08:10-da dörd nəfər (üç kişi, bir qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilir.
***09:12
Gəncədə yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ələkbər Bəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












