Geriyə hərəkət edən maşınlar qəzaya səbəb oldu - DİN-dən XƏBƏRDARLIQ - VİDEO

Sürətli yollarda geriyə hərəkət edən avtomobil sürücüləri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olublar.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Yollarda nəqliyyat vasitəsi ilə geriyə hərəkət etmək diqqət və ehtiyatlılıq tələb edir. Xüsusilə də sürətli yollarda və avtomagistrallarda bəzi sürücülərin qaydalara əməl etməməsi əksər hallarda qəzaların baş verməsi ilə nəticələnir. Paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda və Ziya Bünyadov prospektində müxtəlif vaxtlarda qeydə alınan bu yol-nəqliyyat hadisələrini təhlil etdikdə məlum olur ki, sürücülər səhv istiqamətdə getdiklərindən geriyə hərəkət etməyə üstünlük verirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bununla yanaşı, qanunun 43-cü maddəsi avtomagistrallarda da nəqliyyat vasitələrinin geriyə hərəkət etməsini qadağan edir", - deyə məlumatda qeyd olunub.
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO












