Goranboyda avtoqəzada xəsarət alan yeddi nəfərin SON DURUMU AÇIQLANDI - FOTO - YENİLƏNİB

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddi nəfər xəsarət alıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Dekabrın 9-da saat 18:30-da Goranboy rayon Zeyvə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan yeddi nəfər (beşi kişi, ikisi qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
1971-ci il təvəllüdlü (qadın cinsli) şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Digər altı nəfərə zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Hadisə nəticəsində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.(oxu.az)
***
Goranboyda baş verən qəzada ölən şəxslə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az Teleqraf-a istinadən məlumat verir ki, rayonun Zeyvə kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən Məhəmməd Bayramov ailənin tək oğlu idi.
Belə ki, Səfikürd kənd sakini olan M.Bayramov nişanlı imiş, mart ayında toyu olacaqmış.
Onun atası Talıb Bayramov isə Birinci Qarabağ müharibəsinin veteranıdır, ağır döyüşlərdə iştirak edib.
Məhəmmədin ailəsi Səfikürd kəndində yaşayır, əsasən təsərrüfatla məşğuldur.
Məhəmməd Bayramovun fotosunu təqdim edirik:

Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO












