Goranboyda maşın aşdı - 3 nəfər xəsarət aldı - YENİLƏNİB

16.01.2026-cı il tarixində saat 09:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda müalicələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Börü kəndində gedən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər 1998-ci il təvəllüdlü F.Əliyev,1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü S.Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












