Göyçayda "VAZ" ağaca çırpıldı: ölən və xəsarət alanlar var - FOTO

Göyçayda baş verən avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itməsi səbəbindən ağaca çırpılıb. Hadisə zamanı sürücü, rayonun Ləkçiplaq kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Seyidov, sərnişinləri - 1998-ci il təvəllüdlü Rüstəm Həmidov və Əfsər Rəhimov ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Rüstəm Həmidov dünyasını dəyişib, digər xəsarət alanların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.
***
03:38
Göyçayda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var.
Hadisə iyunun 29-da gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itməsi səbəbindən ağaca çırpılıb. Hadisə zamanı bir nəfərin öldüyü, 3 nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya və cərrahiyə şöbələrinə çatdırılıb.
Ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə barədə əlavə məlumat veriləcək.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













