Göygöldə bir ailənin 7 üzvü yol qəzasına düşdü: 3 nəfər ölüb, 4 nəfər yaralanıb - SİYAHI

Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlər:
Fuad Aydınzadə (1988),Bənövşə Aydınzadə (1963),Nuray Yadınzadə (7 aylıq).
Yaralılar:
Aydınzadə Nuranə (1995),Aydınzadə Nİgar (1987),Aydınzadə Əli (2008),Aydınzadə Zəhra (2011).
**
Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıb. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
**
Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var. Göygöl rayonunun Quşqara kəndi ərazisində "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yolayrıcındakı dəmir maneəyə çırpılıb. Qəza zamanı bir qadın və bir uşaq ölüb. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












