Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyətləri orta ağır qiymətləndirilir. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd edilib ki, Bakı-Qazax avtomagistralının Muğan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
67 yaşlı Budaq Əliyev, 54 yaşlı Xatirə Əliyeva və 29 yaşlı Turan Əliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti orta ağır qiymətləndirilən 1965-ci il təvəllüdlü Xankişi Əliyev isə ixtisaslı tibbi xidmət alması üçün Kliniki Tibbi Mərkəzə təxliyə edilib".
***12:53
Hacıqabulda ölənlərin və yaralananların olduğu ağır qəzaya dair bəzi detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı ölən H.Quliyev Sabunçu rayon sakini, həlak olan sərnişin Rahidə İmamverdi qızı Abdullayeva və avtomobildə olan dörd sərnişin - 61 yaşlı Xankişi Əliyev, 67 yaşlı Budaq Əliyev, 54 yaşlı Xatirə Əliyeva və 29 yaşlı Turan Əliyeva isə Abşeron rayonu Məmmədli kənd sakinləri olublar. Onların Tovuz rayonuna gedərkən qəzaya düşdükləri məlum olub.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***09:46
Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Avtosfer.az bildirir ki, APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşıdrma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












