Hacıqabulda ağır yol QƏZASI: 1 ölü, 6 yaralı - FOTO - VİDEO - YENİLƏNİB

Hacıqabulda “VAZ-2107” markalı avtomobilin “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılması nəticəsində bir nəfər ölüb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Sabirabad rayon sakini, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı həmçinin 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
**
Hacıqabulda baş verən yol qəzasında yaralıların sayı 7 nəfərə çatıb.
Qəza nəticəsində Sabirabad rayon sakinləri 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
***
Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.



Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












