Hava şəraitində qayda pozub ağır qəza törədən sürücülər - DİN-dən VİDEO

Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görmə şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Avtosfer.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda yer alır.
Qeyd olunur ki, sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgün seçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımi ehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama, eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir:
"Təəssüf ki, yol qəzaları nəticəsində ailələr dağılıb, valideynlər övladlarını, övladlar valideynlərini, insanlar isə doğmalarını itiriblər. Halbuki bu qəzaların böyük bir hissəsinin qarşısını almaq mümkün idi. Səhlənkarlıq, tələskənlik, etinasızlıq və düşünülməmiş davranışların nəticəsi isə bəzən bir ömür boyu silinməyən ağrılara çevrilir.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir və onları əlverişsiz hava şəraitində daha məsuliyyətli davranmağa, sürət həddini yol və hava vəziyyətinə uyğun seçməyə, normadan artıq ara məsafəsi saxlamağa, nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin işlək vəziyyətdə olmasına ciddi nəzarət etməyə, həmçinin digər yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalara qarşı daha ehtiyatlı və humanist münasibət göstərməyə çağırır. Unutmayaq ki, sükan arxasında verilən hər bir qərar təkcə öz həyatımıza deyil, başqalarının da taleyinə birbaşa təsir edir".
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












