Həmin günlərdə qəzalar artırmış

ABŞ-də aparılan yeni araşdırma məşhur musiqiçilərin böyük albomlarını yayımladığı günlərdə ölümcül yol qəzalarının sayının əhəmiyyətli dərəcədə artdığını ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, Harvard Tibb Məktəbi və Massaçusets “General Brigham” mütəxəssislərinin apardığı, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmaya görə, məşhur albomların rəqəmsal platformalarda yayımlandığı günlərdə yol qəzalarında ölüm halları adi günlərlə müqayisədə 15 faiz artır.
Dr. Vişal Patelin rəhbərlik etdiyi tədqiqatda 2017-2022-ci illər arasında ABŞ-də bir gündə ən çox yayımlanan 10 albomun buraxılış tarixləri Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatları ilə müqayisə edilib.
Teylor Svift, Dreyk, Bəd Banni, Harri Stayls, Kendrik Lamar və Kanye Uest kimi məşhur sənətçilərin albomlarının yayımlandığı günlərdə ölümcül qəzaların orta gündəlik sayı 121-dən 139-a yüksəlib.
Tədqiqatçılar qəzaların artımının əsas səbəblərindən birinin sürücülərin yeni mahnıları tapmaq və dinləmək üçün avtomobil idarə edərkən telefonlarından istifadə etməsi ola biləcəyini bildirirlər.
Araşdırmaya rəhbərlik edən Dr. Vişal Patel bu mövzuya avtomobil idarə edərkən yeni albom axtararkən özünün də zolaqdan çıxdığını müşahidə etdikdən sonra diqqət yetirib.
Bildirilir ki, böyük albomların buraxılışı milyonlarla insanın eyni vaxtda telefonlarına üz tutduğu nadir hadisələrdən biridir. Bu zaman sürücülər mahnı axtarmaq, albomu açmaq və çalğı siyahısını dəyişmək üçün diqqətlərini yoldan yayındıra bilirlər.
Araşdırmada ölümcül qəzaların artımının, əsasən, avtomobildə tək olan sürücülər arasında müşahidə edildiyi müəyyənləşdirilib. Maraqlıdır ki, artım spirtli içkinin təsiri altında olan sürücülərlə müqayisədə ayıq sürücülər arasında daha yüksək olub.
Qəzaların, əsasən, gecə saatlarında və ya şənlik günlərində baş vermədiyi, ölüm hallarındakı artımın isə yaşlı sürücülərlə müqayisədə gənc sürücülər arasında daha çox olduğu müəyyən edilib.
Tədqiqatçılar avtomobil idarə edərkən smartfonlardan mahnı axtarmağın və çalğı siyahılarını dəyişməyin ciddi risk yaratdığını vurğulayırlar.
Mütəxəssislər sürücülərə avtomobil hərəkətə başlamazdan əvvəl musiqi seçimini və çalğı siyahısını hazırlamağı, yolda isə telefonla mümkün qədər az təmas etməyi tövsiyə edirlər.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












