Hərbi təyyarə qəzaya uğradı – 9 ölü
Qəzalar
3 May 2018 11:22

Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi
ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir. Avtosfer.az-ın Azərtac-a istinadən məlumatına görə, CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi. Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-cı aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub.
Oxunub : 921
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












