Hövsanda döngəyə sərt girən sürücü “Mercedes”i vurdu - ANBAAN VİDEO

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 25-də saat 15:12 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-MJ-189 dövlət nömrə nişanlı “Renault” markalı avtomobilin sürücüsü döngəyə sərt daxil olur. Nəticədə o, dayanmış “Mercedes” markalı maşını vurur. Sürücü avtomobilin əyləc sistemində problem yarandığı üçün qəzanın baş verdiyini bildirib. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, döngəyə yüksək sürətlə və sərt daxil olmaq qəza riskini artırır. Avtomobilin idarəetməsini itirmək, aşmaq və ya qarşı zolağa çıxmaq təhlükəsi yaranır. Bu səbəbdən döngəyə yaxınlaşanda sürəti mütləq əvvəlcədən azaltmaq lazımdır. Çünki döngənin içində qəfil əyləc manevri maşının sürüşməsinə səbəb ola bilər.
Nərmin
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO












