İki avtomobil toqquşdu: 5 yaralı - Abşeronda

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində ikisi uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Niva" markalı avtomobil Bakı-Sumqayıt şossesinin Saray qəsəbəsi ərazisində, yol kənarında dayanmış "VAZ-2106" markalı maşına çırpılıb.
Nəticədə "VAZ-2106"da olan 1968-ci il təvəllüdlü Məmmədova Leyli Vəli qızı, 1964-cü il təvəllüdlü Məmmədov Oktay İsa oğlu, 1998-ci il təvəllüdlü Məmmədova Aytac Mətləb qızı, 9 aylıq Məmmədov Oktay Elnur oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Leyli Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü L.Məmmədovanın vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












