İki avtomobil toqquşdu: 7 nəfər xəsarət alıb - Bakıda

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 ailənin 6 üzvü xəsarət alıb. "Report" xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. Südçülük sovxozu kimi tanınan ərazidə "VAZ 2106" markalı avtomobilin sürücüsü yol-nəqliyyat hərakatı qaydasını pozaraq geriyə dönmək istəyib. Həmin vaxt həmin yolla sürətlə hərəkət edən "BMW" markalı avtomobil geriyə dönmək istəyən nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "VAZ 2106" aşıb. Onun içərisində bir ailənin üzvləri olan 1973-cü il təvəllüdlü Ağayev Etibar Cəlil oğlu, 1990-ci il təvəllüdlü Ağayev Ceyhun Cəlil oğlu, 1995-ci il təvəllüdlü Ağayeva Səbinə Səfa qızı, 2009-cu il təvəllüdlü Ağayev İslam Etibar oğlu, 2015-ci il təvəllüdlü Ağazadə Naz Ceyhun qızı və 9 yaşlı hələlik adı və soyadı məlum olmayan uşaq xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
"BMW"nin sürücüsü 1983-cü il təvəllüdlü İbrahimov Ramin Əli oğlu bədənin müxtəlif nayihələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Etibar Ağayevin vəziyyəti olduqca ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












