İki bacı yol qəzasında xəsarət alıb - Sabirabadda

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza Nizami kəndində qeydə alınıb. “Mitsubishi” markalı avtomobil qarşısında hərəkətdə edən, sola dönmək istəyən “VAZ-2107” markalı avtomobilə çırpılıb. "VAZ-2107" zərbənin gücündən yoldan çıxıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər, Sabirabadın Çöl Ağammədli kənd sakinləri - 1966-cı il təvəllüdlü İsmiyeva Təranə Qəribağa qızı və 1953-cü il təvəllüdlü İsmiyeva Nərminə Abdulla qızı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.İsmiyevanın vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb. Qeyd edək ki, T.İsmiyeva və N.İsmiyeva ögey bacılardır. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












