İki minik avtomobili toqquşdu: 3 Azərbaycan vətəndaşı ölüb - İranda

İranın Ərdəbil əyalətinin şimalında Parsabad-Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 31-də günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ərdəbil əyalətinin yol polis rəisi, general Höccət Fəttahi açıqlamasında bildirib ki, “Peugeot” markalı minik avtomobili ilə Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub: “Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır”. Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan 3-ü Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alır. Vəziyyətləri qənaətbəxşdir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












