İlin 3 ayında 107 nəfər avtomobil qəzalarında ölüb - Gürcüstanda

Bu ilin yanvar-mart aylarında Gürcüstanda 1428 yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, nəticədə 107 nəfər dünyasını dəyişib, 1986 nəfər xəsarət alıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, yol-nəqliyyat qəzalarının 54-ü avtomobillərin sərxoş vəziyyətdə idarə olunması nəticəsində baş verib. Nazirliyin məlumatına görə, 2017-ci ildə ümumilikdə 6079 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 517 nəfər həlak olub, 8461 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN-in həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin yanvar-aprel aylarında 8 kiloqram heroin, 1 kiloqram kokain və 318 yeni tip psixoaktiv və psixotrop maddə götürülüb. Bununla yanaşı, "ekstaz, "emtsveli” kimi buprenorfin və sintetik maddələr aşkar edilərək müsadirə olunub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












