İmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar var

İmişli rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhərində, Şəhidlər Xiyabanı yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi ilə üzləşib. Bu səbəbdən sürücü maşını yolun kənarına çıxarıb. Hadisə zamanı "Mercedes"də olan İmişli sakinləri: - 1972-ci il təvəllüdlü Nüşabə Mecdin qızı Fərmanova və qızı - 2002-ci il təvəllüdlü Aysel İnqilab qızı Fərmanova, 1979-cu il təvəllüdlü Aynurə Atakişi qızı Quliyeva və övladları: - 2008-ci il təvəllüdlü Ülvi Mahir oğlu Quliyev və 2002-ci il təvəllüdlü Səbinə Mahir qızı Quliyeva aldıqları yüngül bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralılar ambulator müalicəyə göndərilib. Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












