İcarəyə götürdüyü maşında yuxulayıb qəza törətdi, qızı öldü

Culfa Rayon Məhkəməsində övladının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsində təqsirləndirilən Rahib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Həsənov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasını şərti hesab edib.
İttihama görə, hadisə ötən il sentyabrın 9-da baş verib. Rahib Həsənov "Rent-a-car"dan icarəyə götürdüyü "Daewoo Nexia" avtomobili ilə ailə üzvlərini istirahətdən gətirərkən Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayıb və avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı, anası və övladlarından biri xəsarət alıblar, qızı Rüqəyya Həsənova isə dünyasını dəyişib.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












