"İki ay əvvəlki qəza ilə bağlı istintaq tədbirləri görülməyib" - Sürücünün iddiasına RƏSMİ CAVAB - FOTO

Bakı şəhəri, Nəsimi rayon sakini Nəriman Mehdi oğlu Hacızadə iki ay əvvəl baş verən yol-nəqliyyat hadisəsi barəsində rəsmi istintaq tədbirlərinin görülmədiyini iddia edib.
Bu barədə Oxu.az-a müraciət edən sakin qeyd edib ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti alıb.
"Mən 28.04.2025-ci il tarixində səhər saatlarında etibarnamə əsasında idarə etdiyim 99-K-395 dövlət nömrə nişanlı motosikletlə Bakı şəhərinin Azadlıq prospektində, metronun "28 May" stansiyası istiqamətində hərəkətdə olarkən, Amerika Birləşmiş Ştatlarının Səfirliyinin yaxınlığında yol-nəqliyyat hadisəsinə düşmüşəm. Belə ki, 90-YT-230 dövlət qeydiyyat nişanlı, BYD markalı avtomobilin sürücüsü Səfa Kərimov köməkçi yoldan əsas yola çıxarkən - yəni sağdan sola dönmə manevrini yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həyata keçirib və mənim idarə etdiyim motosikletə çırpılıb. Qeyd olunan hərəkət nəticəsində mən ağır bədən xəsarəti almışam: sağ bud sümüyüm sınıb və təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişəm", - deyə o bildirib.



"Hadisə zamanı qarşı tərəf mənə heç bir ilkin yardım göstərməyib, nə hadisə zamanı, nə də xəstəxanada mənimlə maraqlanmaq üçün müraciət etməyib. Daha sonrakı günlərdə isə məlum oldu ki, hadisənin araşdırılması üçün cavabdeh olan Nəsimi Rayon Polis İdarəsinin tədqiqatçısı Muxtar Həsənov məzuniyyətə çıxıb və onun işinə heç bir nəzarət olunmayıb. Bu səbəbdən hadisədən artıq bir ay keçməsinə baxmayaraq, rəsmi istintaq tədbirləri görülməyib.
"102" xidmətinə dəfələrlə zəng etməyimə baxmayaraq, hadisənin araşdırılması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Mənə qarşı törədilmiş bu hərəkət, həm Cinayət Məcəlləsinin 263-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması), həm də nəzərdə tutulan məsuliyyətsizlik (kömək göstərməmək) halları ilə əhatə olunur", - deyə zərərçəkmiş qeyd edib.
O, yol-nəqliyyat hadisəsinin obyektiv və hərtərəfli araşdırılmasını təmin edilməsini, hadisə nəticəsində sağlamlığına və əmlakına dəyən zərərə hüquqi qiymət verilməsini, sürücü Səfa Kərimovun məsuliyyətə cəlb olunması istiqamətində qanuni tədbirlərin görülməsini istəyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov açıqlamasında bildirib ki, paytaxtın Nəsimi rayonu ərazisində BYD markalı avtomobillə motosikletin toqquşması ilə bağlı ərazi polis orqanına müraciət daxil olub:
"Qəza iştirakçıları polis orqanına dəvət olunaraq izahatları alınıb. Hazırda yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır".
Tovuzdakı qəzada həyatını itirən qazinin - FOTOsu
"Babək"də yük avtomobili mağazaya çırpıldı; obyektə və maşına ziyan dəydi - VİDEO
DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO
Ağır TƏYYARƏ QƏZASI - ÖLƏNLƏR VAR - YENİLƏNİB
Balaxanıda “Prius” işıq dirəyinə çırpıldı - VİDEO
Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu - VİDEO
Beyləqanda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı - FOTOLAR
İdarəetmədən çıxan “Mercedes” beton maneənin üzərinə dırmandı - VİDEO
Naxçıvanda “BMW” ilə toqquşan “Hyundai” tanınmaz hala düşdü - VİDEO
Aeroport şosesində dəhşətli qəza - ANBAAN VİDEO
Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən var













