Kartofla dolu “Qazel” mikroavtobusla toqquşdu
Qəzalar
18 Aprel 2018 00:13

Hadisə nəticəsində 4 nəfər yaralandı
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.
Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.
İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1017
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:20
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO
17 Avqust 2026 09:36
Ucardakı qəzada ölən Elnurla Aqilin FOTOsu
16 Avqust 2026 23:00
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
16 Avqust 2026 20:41
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
16 Avqust 2026 18:15
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
16 Avqust 2026 14:00
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
16 Avqust 2026 13:31
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
16 Avqust 2026 12:00
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
16 Avqust 2026 09:00
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
15 Avqust 2026 23:00
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
15 Avqust 2026 10:47
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
15 Avqust 2026 09:32
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
ŞƏRH YAZ










