Keçid olmayan yolda maşın piyadanı havaya uçurdu- Qala yolunda - VIDEO

Bakıda piyadanı avtomobil vuraraq öldürüb. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Zaur Məlikaslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İmran Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Qala yolunda nə yerüstü, nə də yeralıtı piyada keçidi yoxdur. Yolun sağ və sol tərəfi isə yaşayış evləridir. İnsanlar məcbur olub yolu keçirlər. Bəzi yerlərdə dəmirlərin qoyulması isə işi daha da çətinlədirir. Xüsusilə gecə saatlarında, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçmək təhlükəlidir. Artıq bir neçə ay ərzində ard-arda piyada ölümləri baş verən yola mütləq şəkildə keçidlərin qoyulması vacibdir. Ən azından piyada zolaqları çəkilməli, yaxud işıqforlar qoyulmalıdır. Daha yaxşı olar ki, yerüstü keçidlər tikilsin.
Orxan Əli
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO










