Kənar Dairəvi yolda zəncirvari QƏZA: Səkkiz avtomobil TOQQUŞDU - VİDEO

Bakının Yasamal rayonu ərazisində səkkiz avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 22-də səhər saatlarında Kənar Dairəvi yolun 15-ci kilometrliyində, saat 07:00-da qeydə alınıb.
İlkin məlumata görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib. Ara məsafəsinin düzgün seçilməməsi səkkiz avtomobilin bir-birinə çırpılması ilə nəticələnib.
Qəza zamanı 1969-cu il təvəllüdlü Simran Səftər oğlu Nəzərovun idarə etdiyi 99-BJ-107 dövlət nömrə nişanlı "Ford Transit", 1976-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Məhərrəmlinin idarə etdiyi 77-LG-369 dövlət nömrə nişanlı "AzSamand", 1978-ci il təvəllüdlü Şiraslan Nadir oğlu Quliyevin idarə etdiyi 99-AB-708 dövlət nömrə nişanlı "Toyota Hilux", 1966-cı il təvəllüdlü Mahir Misir oğlu Nadirovun idarə etdiyi 99-UZ-630 dövlət nömrə nişanlı BAIC və 1973-cü il təvəllüdlü Aydın Oktay oğlu Ağayevin idarə etdiyi 99-CP-782 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobillər və daha üç nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Avtomobillərə ciddi ziyan dəyib.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












