Kobud qayda pozan sürücünü vurdular - O da nişanı qoparıb torpağa girdi - VİDEO

"Müşahidə kameraları vasitəsilə qeydə alınan qəzaların təhlilləri göstərir ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Lakin dönmə işığının yandırılması xəbərdarlıq üçündür və bu, sürücüyə yol hərəkəti qaydalarına zidd şəkildə hərəkət etmək imkanı vermir. Hərəkətin təhlükəsizliyinə əmin olmadan manevr etməyə cəhd göstərmək qəzaya səbəb ola bilər".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
"Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan bu qəzadan da görünür ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi baş verir.
Bir daha xatırladırıq ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsi tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir. Həmçinin vurğulanır ki, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunda o da qeyd olunur ki, siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir", - deyə müraciətdə bildirilib.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











