"Koroğlu"da qəza: Avtomobil yerüstü keçidin sütununa çırpıldı - VİDEO - YENİLƏNİB

Metronun "Koroğlu" stansiyası yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 99-ZT-085 nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə 10-VO-899 nömrə nişanlı "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub.
"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və yerüstü keçidin sütununa çırpılıb. Bu zaman "Mercedes" markalı avtomobili idarə edən sürücü xəsarət alıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, Əlişir Nəvai küçəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, lakin sonradan çağırışdan imtina olunub.
***12:11
Bakıda, metronun "Koroğlu" stansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az İctimai TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı avtomobil yerüstü keçidin sütununa çırpılıb.
Həmin görüntüləri təqdim edirik:
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












