Banner

Körpüdə ağır qəza baş verdi, iki qadın xəsarət aldı - YPX təcili müdaxilə etdi - VİDEO

Qəzalar 15 Yanvar 2026 19:12
Körpüdə ağır qəza baş verdi, iki qadın xəsarət aldı - YPX təcili müdaxilə etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb.

Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata görə, bu gün saat 17:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb, dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, hadisə yerində xəsarət alan 2 qadın təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməkliyi ilə avtomobildən çıxarılıb.

Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.

Gənclərin qurumlarda könüllü fəaliyyətinin arxa fonunda nə dayanır? – EKSPERT RƏYİ

Oxunub 1590
ŞƏRH YAZ
Ad

E-mail

Şərh