Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var

Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə magistralın Kürdəmir rayonun Karrar qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Lifan" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Vüsalə İsrail qızı Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, avtomobildə 5 nəfər olub. Lakin sürücü və digər sərnişinlər yüngül xəsarət aldığından onlara hadisə yerində ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












