Kürdəmirdə yol qəzası olub, yaralılar var

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan şəxslərin kimlikləri məlum olub. Bunlar "VAZ-21015" markalı avtomobilin sürücüsü, rayon sakini, 1960-cı il təvəllüdlü Həşimov Vidadi Seyidağa oğlu və onun sərnişini, rayon sakini, 1968-ci il təvəllüdlü Qasımov Gündüz Qasım oğludur. V.Həşimovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
***21:48
Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












