Lənkəranda ağır qəza, 1 nəfər ölüb, 5 yaralı var - FOTO

Lənkəran rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Şağlaküçə kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Məlumata görə, sürücülərdən biri - Lənkəran rayonunun Şovu kənd sakini, 1959-cu il təvəllüdlü Əbutalıb Xalıq oğlu Şahbazov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun sərnişinləri - Lənkəran rayonunun Şovu kənd sakinləri - 1961-ci il təvəllüdlü Vədiyə Həsən qızı Şəfiyeva, onun qızı, 1982-ci il təvəllüdlü Əminə Əbülfəz qızı Şəfiyeva və gəlini, 1987-ci il təvəllüdlü Ramilə Ağaman qızı Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Digər avtomobilin sürücüsü, Lənkəran rayonunun Qurumba kənd sakini, 1988-ci il təvəllüdlü Fərid Elxan oğlu Əmirov və onun sərnişini, Lerik rayonunun Şingədulan kənd sakini, 1986-cı il təvəllüdlü Vaqif Mirağa oğlu Bəndiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
















