Lənkəranda yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - TAM SİYAHI

Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. "Report"un Cənub bürosu xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 7 yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb. Qeyd edək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır. Onların hamısı Lənkəranın Ləj kəndinin sakinləridir.
Xatırladaq ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Ölənlərin hamısı "Mitsubishi"də olanlardır. Ölən və yaralananaların tam siyahısı belədir:
Ölənlər:
1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu
1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu
1976-cı il Aslanov Faiq Tofiq oğlu
Xanımgül Aslanova
Mərziyyə Aslanova
Vəsmə Aslanova
Aslanov Ülvi Faiq oğlu (7 yaş)
Yaralı:
"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












