Lerikdə qəza üstünə qəza - Köməyə gələn sürücü piyadanı vuraraq öldürdü - VİDEO

Avtosfer.az xəbər verir ki,İmişlidə 2 avtomobilin toqquşması nəticədə 1 nəfər dünyasını dəyişib, 8 nəfər xəsarət alıb. Lerikdə qəzaya düşən şəxs qohumunu yanına çağırarkən başqa bir qəza olub. Çağırılan şəxs hadisə yerinə gedən zaman piyadanı vuraraq öldürüb. Goranboyda da piyadavurma hadisəsi olub. Göygöldə isə zəncirvari qəza nəticəsində 8 nəfər xəsarət alıb.
2 avtomobil toqquşub,1 nəfər ölüb 8 nəfər xəsarət alıb.
İmişli şəhərində Sarıxanlı kənd sakini, Babək Əsədovun idarə etdiyi avtomobil, Şahverdili kənd sakini,Elton Əmirovun idarə etdiyi maşınla toqquşub.Nəticədə sürücü 48 yaşlı Babək Əsədov hadisə yerində ölüb.
Digər sürücü və 7 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Lerikin Dəvrədibi kəndi ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb və 3 nəfər xəsarət alıb. Xəsarət alanlar sürücü 32 yaşlı Ceyhun Abdullayev, onun sərnişinləri 62 yaşlı Nurəli Əliyev və 62 yaşlı Xanoğlan Ağayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı sərnişinlərdən biri baş vermiş qəza ilə əlaqədar yaxın qohumuna zəng vuraraq onu köməyə çağırıb. Həmin şəxs isə hadisə yerinə gedərkən Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində kənd sakini, 54 yaşlı Əliməmməd Şükürovu vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
78 yaşlı kişini avtomobil vuraraq öldürüb. Hadisə Goranboyda baş verib. Yolu keçmək istəyən piyada, Qaramusalı kənd sakini Nadir Rüstəmovu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən xəstəxanaya çatdırlısada onun dünyasını dəyişdiyi məlum olub. Hadisəni törədən sürücü Faiq Kazımov saxlanılıb.
Gəncə-Şəmkir magistral avtomobil yolunda isə zəncirvari yol qəzası baş verib. Hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. avtomobillərin və qoşqulu traktorun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Baş verən hadisələrlə bağlı araşdırmalar aparılır.
Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi - ANBAAN VİDEO
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO
Ucardakı qəzada ölən Elnurla Aqilin FOTOsu
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ










