Masallıda qəza - Ölən var - FOTO

Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Masallı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir nəfər (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Başın sol gicgah nahiyəsinin kəsilmiş-cırılmış yarası, çənəaltı nahiyənin kəsilmiş-cırılmış yarası, sol bazu sümüyünün qapalı yerdəyişən sınığı diaqnozları təyin edilən şəxs xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Bir nəfərin isə (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
***11:59
Masallı rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində baş verib.
Belə ki, Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil daş hasara çırpılıb və sürücü O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./unikal
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












