Maşın dərəyə düşdü: sürücü ağır xəsarət alıb - Qaxda

Qax rayonunda avtomobilin dərəyə aşması nəticəsində sürücü ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında Qax-Sarıbaş yolunun "Qoray" adlanan ərazisində baş verib. Rayonun Sarıbaş kənd sakini, 1965-ci il təvəllüdlü Axundov İbrahim Məhəmməd oğlu "UAZ" markalı avtomobillə Qaxdan Sarıbaş kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını dərinliyi təqribən 150 metr olan dərəyə aşırıb. Avtomobilin dərəyə asmasını yaxınlıqda olan sakinlər görüb və xəsarət alan İ.Axundovu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Sürücüyə ilkin tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır. Sarıbaş kəndi Azərbaycanın ən ucqar üç kəndindən biri olmaqla yanaşı, Qaxın da ən ucqar kəndidir. Kənd şəhər mərkəzindən 20, İlisu kəndindən isə 7 kilometr uzaqlıqda yerləşir. Kəndə gedən yollar keçilməz olduğundan, gediş-gəliş, əsasən "UAZ" və "Niva" markalı avtomobillərlə mümkündür olur. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












