"Maşın sevgisi onu uçuruma apardı" - Qəzada oğlunu itirən ata danışdı - VİDEO

26 yaşlı Rüstəm İsmiyevin yüksək sürət səbəbindən törətdiyi yol qəzasında həyatını itirməsi geniş müzakirələrə səbəb olub.
Avtosfer.az-ın Baku TV-yə istinadən məlumatına görə, Rüstəmin atası Şahin İsmiyevin də müzakirələrə qoşulması, gənclərə çağırış etməsi mövzuya diqqəti daha da artırıb.
Ş.İsmiyev bildirib ki, oğlu orta məktəbdə nümunəvi şagird olub, 555 balla İqtisad Universitetinə daxil olub və təhsilini uğurla bitirib:
“Rüstəm çox alicənab, mədəni gənc idi, həmişə aktivliyi ilə seçilirdi, bir neçə xarici dil bilirdi. Lakin avtomobil sevgisi onun həyatını puç etdi”.
Mərhumun atası qeyd edib ki, oğlu işə gedərkən qəza törədib: “Biz onun toyuna hazırlaşırdıq, lakin ocağımız söndü. Bütün gənclərə səslənirəm ki, həvəs üçün, adrenalin üçün, avtomobil sevgiləri üçün həyatlarını məhv etməsinlər. Yaxınlarını da düşünsünlər”.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












