Məhkəmə hakiminin öldüyü qəza yerindən VİDEO

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həyatını itirdiyi yol-nəqliyyat hadisəsinə dair görüntülər yayılıb.
Avtosfer.az-ın məlumatına görə, qəza Novxanı–Pirşağı avtomobil yolunda baş verib. Hadisə zamanı A. Rzayevanın içərisində olduğu “Nissan Sunny” markalı avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.
Qeyd olunub ki, qəza anında avtomobili mərhum hakim deyil, digər bir şəxs idarə edirmiş. Məlumata əsasən, hadisə Aynur Rzayeva işdən çıxaraq evə qayıdarkən baş verib.
Qəza nəticəsində Aynur Rzayeva ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi bütün tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, tibb müəssisəsində vəfat edib. Avtomobili idarə edən sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Bildirək ki, Aynur Rzayeva Birinci Qarabağ müharibəsi şəhidi Tapdıq Rzayevin övladıdır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












