Məmur bu qəzaya görə vəzifəsini itirdi - FOTO - VİDEO

Yanvarın 30-u gecə saatlarında Qazax şəhərinin Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin törətdiyi qəzadan görüntülər yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalist Aygün İlqar sosial şəbəkədə hadisənin millət vəkili Səməd Seyidovun köməkçisi tərəfindən törədildiyini bildirilib.
Məlumata görə, həmin şəxsin sərxoş halda idarə etdiyi avtomobil yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri – xəstəxana əməkdaşı xəsarət alıb.
Qeyd edilib ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Süleyman Axundov da olub. O, baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib və buna görə vəzifədən azad edilib. Onun adı Qazax RİH-in saytından da çıxarılıb.
S.Seydivoun köməkçisi Akif Əmirov saytımıza açıqlamasında hər hansı qəza törətmədiyini deyib.
Hadisə yerindən görüntüləri və işdən çıxarılan məmurun fotosunu təqdim edirik:
Fotoda Süleyman Axundov
.jpg)

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












