"Mercedes" “Opel” ilə toqquşdu: 3 nəfər xəsarət alıb - Qaxda

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Qorağan-Qax avtomobil yolunun 13-cü kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qax rayon Zəyəm kənd sakini 1956-cı il təvəllüdlü Cuma Abdulhəmid oğlu Eyvazovun idarə etdiyi "Mercedes" markalı avtomobillə rayon sakini Borixaşvili Qriqor Yordanoviçin sükanı arxasında olduğu "Opel" markalı avtomobil toqquşub.
Hadisə zamanı "Opel"in sürücüsü xəsarət almasa da, "Mercedes"in sürücüsü C.Eyvazov və sərnişinləri - Tasmalı kənd sakinləri 1939-cu il təvəllüdlü Cavid Paşa oğlu Rəşidov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Rübənd Abdulhəd qızı Rəşidova aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-stabildir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












