Mikroavtobus yük maşını ilə toqquşdu: 6 nəfər xəsarət alıb - İsmayıllıda

İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Muğanlı-İsmayıllı yolunda "Mersedes" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "Hyundai" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı İsmayıllı və Bakı sakinləri-2014-cü il təvəllüdlü Oruclu Ruhin Mehdi oğlu, 1953-cü il təvəllüdlü Şükürov Ağaverdi Əli oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Rafiq Salam oğlu, 1991-ci il təvəllüdlü Orucov Mehdi Əlişir oğlu, 2011-ci il təvəllüdlü Babazadə Tunar Ceyhun oğlu, 1966-cı il təvəllüdlü Orucov Əlişir Cahangir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












