Mikroavtobusla "Mercedes" toqquşdu: xəsarət alanlar var

Bakının Sabunçu rayonu ərazisində, Böyük Şor şossesində yol qəzası baş verib. APA-nın xəbərinə görə, qəza zamanı "Mercedes" markalı mikroavtobusla eyni markadan olan minik maşını toqquşub.
Məlumata görə, Elvin Feyzilinin idarə etdiyi "Mercedes" markalı mikroavtobus texniki nasazlıq səbəbindən yolun kənarında dayanıb. Bu vaxt "Mercedes" markalı ikinci avtomobil gəldiyi sürətlə ona çırpılıb. İlkin ehtimala görə, minik maşınının sürücüsü sıxlıq olduğundan mikroavtobusu vaxtında görə bilməyib.
Nəticədə mikroavtobusda olan bir qadın sərnişin ciddi xəsarət alıb. O, əraziyə çağırılmış təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Nisbətən az, əl və üz nahiyələrindən yüngül xəsarət alan 3 sərnişin isə ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb
Yol qəzasının təfərrüatları araşdırılır, hadisənin dəqiq səbəblərinə aydınlıq gətirilməsi üçün sürücülər polisə dəvət olunub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












