Mikroavtobusu "KamAZ"la toqquşdu: 2 ölü, 9 yaralı - FOTO

Qax rayonunda baş verən ağır yol-mqəliyyat hadisəsi zamanı xəsarət alanlardan 1-i xəstəxanada ölüb. "Report"un məlumatına görə, hadisə zamanı ölənlərin sayı 2, yaralananların sayı 9 nəfərə çatıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
***11:41
Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisə zamanı yaralananların sayı 10 nəfərə çatıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
***11:31
Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Mikroavtobusun sürücüsü, Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 78-ci kilometrliyində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
***11:19
Qax rayonunda baş verən ağır yol qəzasında mikroavtobusun sürücüsü ölüb.
Hadisə zamanı 1 nəfər azyaşlı və 1 nəfər qadın olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti ağırdır: "Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərildikdən sonra Bakıdakı özəl klinikalardan birinə göndərilməsi planlaşdırılıb".
***10:56
Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ"la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















