Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi - FOTOLAR

Rusiyanın Yekaterinburq şəhərində bənövşəyi rəngli “Lamborghini Aventador SVJ” idman avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az SHOT “Telegram” kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Məlumata görə, dəyəri 35 milyon rubl (təxminən 720 min AZN) qiymətləndirilən avtomobil “Rus Mis Şirkəti”nin rəhbəri, adı “Forbes” siyahısına daxil olan milyarder İqor Altuşkinə məxsusdur. Sükanı arxasında onun kiçik oğlu, 20 yaşlı David Altuşkin olub.
İlkin versiyaya görə, sürücü Otradnaya küçəsində idarəetməni itirərək ərazidə yerləşən mağazanın fasadına çırpılıb.
Qəza zamanı xəsarət alan şəxslərdən biri Rusiya-Ukrayna müharibəsinin veteranı, 23 yaşlı Timur Xəlilov olub. Şahidlərin sözlərinə görə, o, qoltuq ağacları ilə hərəkət edirmiş. Həmin şəxsin daha əvvəl adam qaçırılması ittihamı ilə həbs olunduğu bildirilir.
Qəza törətmiş lüks avtomobilin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.






“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












