Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Qəzalar 24 İyul 2018 10:06
Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki, “VAZ 21012” markalı maşın “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 821
ŞƏRH YAZ
Ad

E-mail

Şərh