“Moped və motosikletlə oyuncaq kimi davrandıqları üçün qəzalar artır” - EKSPERT

Son günlər açıqlanan rəsmi statistik məlumatlar moped və motosiklet sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım olduğunu göstərir. Xüsusilə paytaxt və iri şəhərlərdə bu tip nəqliyyat vasitələrinin sayının çoxalması, eləcə də təhlükəsizlik qaydalarına əməl edilməməsi qəzaların artmasının əsas səbəbləri kimi göstərilir.
Bəs moped və motosiklet qəzalarının sayının artmasının əsas səbəbləri nələrdir və bunun qarşısını necə almaq olar?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, son vaxtlar moped və motosikletlərlə bağlı baş verən narahatedici hadisələr ciddi düşünməyə əsas verir. Onun sözlərinə görə, bu sahədə mövcud olan qanunvericilik boşluqları artıq mərhələli şəkildə aradan qaldırılır və yeni qaydalara əsasən, mopedlər də dövlət qeydiyyatına alınır, onlara dövlət nömrə nişanı verilir.

Moped idarə etmək üçün yaş həddi müəyyənləşdirilib, sürücülük hüququnun əldə olunması və digər prosedurlar tənzimlənir: “Çünki əvvəl bu sahədə boşluqlar mövcud idi və bu da xaotik vəziyyət yaradaraq ağır yol-nəqliyyat hadisələrinə səbəb olurdu”. Ekspertin sözlərinə görə, moped və motosikletlərə kütləvi keçid əsasən pandemiya dövründə başlayıb və bir çox insanlar bu nəqliyyat vasitələrinə ciddi yanaşmayaraq onları oyuncağa bənzədiblər: “Bu nəqliyyat vasitələri qanunla hüquq və vəzifələri müəyyən edilmiş real nəqliyyat növüdür və xüsusilə, gənclər, eləcə də onların valideynləri bunu dərk etməlidirlər. Moped və motosiklet istifadə edən hər bir şəxsin yol hərəkəti qaydaları barədə müəyyən biliklərə malik olması vacibdir. Svetoforlar, yol ayrıcıları, piyadalar və səkilərlə bağlı anlayışın olmaması ciddi risklər yaradır".
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
Ekspert vurğulayıb ki, bəzi sürücülər moped və motosikletləri velosipedin bir forması kimi qəbul edir, halbuki bu nəqliyyat vasitələri daha güclü, daha sürətli və daha təhlükəlidir: "Sürücülər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Dəbilqə qanunla məcburi olsa da, dizlik, dirsəklik və digər qoruyucu vasitələrdən istifadə də vacibdir. Sərnişin daşınan zaman onun da dəbilqə ilə təmin edilməsi zəruridir.

Mopedlər üçün icazə verilən maksimal sürət 50 kilometr saatdır. Lakin bəzi hallarda moped adı altında faktiki olaraq motosiklet istifadə olunur və bu nəqliyyat vasitələri yüksək sürətlə idarə edilir. Sürətə meyillilik qəza riskini dəfələrlə artırır. Xüsusilə yol ayrıcılarında və kəsişmələrdə kiçik bir diqqətsizlik belə faciə ilə nəticələnə bilər”.
Sonda Elməddin Muradlı bildirib ki, moped və motosikletlərin iştirakı ilə baş verən qəzaların əsas səbəbləri səhlənkarlıq, diqqətsizlik və qaydalara biganə yanaşmadır: "Günahın kimdə olduğunu istintaq müəyyən etsə də sürət həddinə əməl olunsa və diqqətli davranılsa, bu cür ağır nəticələrin qarşısını almaq mümkün olardı".
Eltac Zülfüqaroğlu
Ankarada iki avtomobil toqquşub, ölənlər var
Əsirlikdə ermənilərin qarşısında qorxmayan qazi Amin xəstəxanaya düşdü: "Dua edin" - VİDEO
Şəhərin mərkəzində “07” idarəetmədən çıxıb səkiyə qalxdı - VİDEO
Bakıda QƏZA: Beş avtomobil toqquşdu - VİDEO
"Fənərbaxça” prezidentinin düşdüyü qəzanın ANBAAN VİDEOsu
Polis bayram günlərində baş verən qəzaların görüntülərini yaydı - VİDEO
İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü - YENİLƏNİB
Yolda dayanan nasaz maşını belə vurdular - REAL VİDEO
Xocalıda ağır yol qəzası - ANAMA-nın əməkdaşı həlak oldu - FOTO
Dairəni necə gəldi tərk edən qadın sürücü təlim maşınını vurdu - ANBAAN VİDEO
Gəncədə avtomobil betona çırpıldı, xəsarət alanlar var










