Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.
Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib.

Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












