Müğənni qəza törədib qaçdı - 3 min ziyana düşdü

"Azəri star" yarışmasından sonra tanınan gənc müğənni Fidan Süleymanova qəza törədərək hadisə yerindən qaçıb.
Avtosfer.az bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, gecə şou-proqramda çıxış edən müğənni idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobili ilə "Volkswagen" markalı maşını vurub. Müğənni Səbail rayon polisi tərəfindən saxlanılıb. Hadisə yerindən yayındığına görə barəsində protokal tərtib olunub və cərimələnib.
Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq.
F.Süleymanova saytımıza açıqlamasında əsəbiləşib: "Dünya dağılmayıb ki, hər kəsin başına iş gələ bilər. Maşın vurmuşam, cəriməmi də yazıblar. Ödəyəcəm. Əsas odur ki, xəsarət alan yoxdur. Hər iki avtomobilə ziyan dəyib, xərcini çəkəcəm".
Öyrəndik ki, hadisə müğənninin avtomobilini park etdiyi yerdə baş verib. O, həyəcanlı olduğu üçün əyləcin yerinə qaza basıb, daha sonra idarəetməni itirib. Sürətlə hərəkət edən avtomobil qarşıda olan maşına çırpılıb. Müğənni üç min manat ziyana düşüb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












