Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər öldü

Nepalın mərkəzi hissəsində mikroavtobusun yoldan çıxaraq dərəyə aşması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Avtosfer.az “The Rising Nepal” nəşrinə istinadla xəbər verir ki, polisin məlumatına görə, hadisə bu gün səhər saatlarında ölkənin Makvanpur rayonunun Çisapani Qadi ərazisində baş verib. Katmandudan Sarlahi rayonuna hərəkət edən elektrik mühərrikli mikroavtobus yoldan çıxaraq təxminən 700 metr hündürlükdən aşağı düşüb.
Rayon Polis İdarəsinin sözçüsü Madhav Prasad Kavlinin bildirdiyinə görə, qəza nəticəsində 5 kişi və 5 qadın həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hadisə yerinə Silahlı Polis Qüvvələrinin, Nepal Polisinin və Nepal Ordusunun xilasetmə qrupları cəlb olunub.
Qəzanın digər təfərrüatları və həlak olanların şəxsiyyəti barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Nepalda avtobus qəzalarının əsas səbəbləri sırasında yolların pis vəziyyətdə olması və əlverişsiz hava şəraiti göstərilir. Ölkədə yol-nəqliyyat hadisələrinin əksəriyyəti hər il musson yağışları mövsümündə baş verir./azərtac
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












